Atletlər Komissiyasının tərkibinə yeni üzvlər cəlb edilib

Atletlər Komissiyasının tərkibinə yeni üzvlər cəlb edilib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Atletlər Komissiyasının tərkibinə daha dörd idmançı cəlb edilib. Olimpnews.az saytının məlumatına görə, bu barədə beynəlxalq qurumun rəsmi saytında məlumat verilib.

Komissiyaya keçmiş ABŞ hokkeyçisi Anjela Ruqqiero rəhbərlik edir. Rusiyalı atlet, şüvüllə tullanma üzrə Olimpiya çempionu Yelena İsinbayeva isə bu ilin yayında təşkilatın üzvü olub.

İordaniyalı taekvondoçu Nadin Davani, misirli beşnövçü Aya Medani, hindistanlı badmintonçu Saina Nexval və məşhur argentinalı basketbolçu Luis Skola Atletlər Komissiyasının tərkibinə yeni cəlb ediliblər.