Beynəlxalq Olimpiya Komitəsi (BOK) Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti Kreyq Ridinin yenidən 4 il müddətinə həmin quruma rəhbər seçilməsini dəstəkləyib.
Olimpnews.az saytının məlumatına görə, WADA-nın noyabrın 19-20-də Qlazqoda keçirilən iclasında Kreyq Ridinin 2019-cu ilə qədər öz vəsifəsində qalması elan ediləcək.
Məlumat üçün bildirək ki, WADA-nın rəhbəri ötən həftə BOK İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında çıxış edib və onun yenidən quruma prezident seçilməsi barədə qərar verilib.