Tokio-2020-nin büdcəsi azaldılacaq

Tokio-2020-nin büdcəsi azaldılacaq



Tokio-2020 Yay Olimpiya Oyunlarının büdcəsi təxminən 18,2 milyard dollara qədər azaldılacaq. 

"Olimpnews.az" xəbər verir ki, bu barədə Tokio-2020 Təşkilat Komitəsinin rəsmi saytı məlumat yayıb. 

Tokio-2020 Təşkilat Komitəsi büdcə ilə bağlı məsələnin noyabrın 29-da Yaponiyanın paytaxtı Tokioda Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Tokio rəsmilərinin birgə toplantısında müzakirə olunacağını da yazıb.
Əvvəllər büdcənin 29,5 milyard dollar olacağı planlaşdırılırdı. Lakin bu məbləğ BOK və Tokio qubernatoru tərəfindən ciddi tənqidə məruz qaldığından büdcə layihəsində müəyyən ixtisarlar edilib.