“WADA müstəqil olmalıdır”

“WADA müstəqil olmalıdır”

ABŞ Antidopinq Agentliyinin rəhbəri Trevis Tayqert Beynəlxalq Antidopinq Agentliyini (WADA) müstəqilliyə çağırıb.

Olimpnews.az saytının məlumatına görə, onun sözlərinə görə, WADA-nın idarəçiliyində dəyişiklik edilməlidir ki, tamamilə müstəqil ola bilsin.

"Biz idmanın inkişafı və şəffaflıq uğrunda vicdanla hərəkət etməliyik. Dopinq probleminə görə təmiz idmançılar da əziyyət çəkirlər. Belə idmançılar haqlarını tələb edir və istəyirlər ki, mövcud sistem işləsin. Çoxları Kreyq Rididən narazıdırlar. Amma bu təşkilat müstəqil və heç kəsdən asılı olmamalıdır".

Xatırladaq ki, Kreyq Ridi ötən həftə yenidən 3 illik müddətə WADA-nın rəhbəri seçilib.