101 idmançıda dopinq tapılıb

101 idmançıda dopinq tapılıb



Təkrar dopinq analizlərinin nəticəsi açıqlanıb

Beynəlxalq Olimpiya Komitəsi təkrar yoxlama analizlərlərinin nəticələrinə görə Pekin-2008 və London-2012 Yay Olimpiya Oyunlarında iştirak edən 101 idmançıda dopinq aşkar edib. Bu barədə BOK-un rəsmi saytında xəbər verilir.
Bir müddət bundan əvvəl 98 idmançıda analizin müsbət nəticə verdiyi açıqlanmışdı. BOK-un tibb işləri üzrə direktoru Riçard Bacet jurnalistlərlə keçirdiyi mətbuat konfransında bildirib ki, Pekin-2008 Olimpiadasının analizləri artıq yoxlanılıb və London-2012-nin isə təkrar dopinq yoxlamaları Tokio-2020 Olimpiadasında qədər davam edəcək.