Almaniya MOK-u təklif edir

Almaniya MOK-u təklif edir



Almaniya Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət edib. Müraciətdə təklif olunur ki, Pekin-2008, Vankuver-2010 və Soçi-2014 Olimpiya Oyunlarının iştirakçılarından götürülmüş dopinq analizləri yenidən yoxlanılsın.

Almaniya tərəfinin fikrinə görə, bu, Ümumdünya Antidopinq Agentliyinin (WADA) Müstəqil Komissiyasının hesabat məruzəsinin ikinci hissəsində göstərildiyi kimi rusiyalı idmançıların kütləvi şəkildə qadağan olunmuş preparatlardan istifadə etmələri ilə bağlıdır.

Xatırladaq ki, 2015-ci ildə dopinq analizlərin saxlanma müddəti 8 ildən 10 ilə kimi artırılıb. BOK prezidenti Tomas Bax bir müddət əvvəl Pekin-2008 Olimpiadası ilə bağlı analizlərin təkrar yoxlanılması prosesinin başa çatdığını demişdi.