28 Rusiya idmançısının işi yoxlanılacaq

28 Rusiya idmançısının işi yoxlanılacaq



Beynəlxalq Olimpiya Komitəsi (BOK) Soçi-2014 XXII Qış Olimpiya Oyunlarında iştirak etmiş 28 Rusiya idmançısına qarşı intizam işi açıb. Bu barədə BOK-un press-relizində məlumat verilir.

"Olimpnews.az" xəbər verir ki, BOK eyni zamanda Vankuver-2010, London-2012 və Soçi-2014-də rusiyalı idmançılardan götürülən dopinq analizlərini təkrar gözdən keçirəcək.

"Bu, WADA-nın prezidenti Maklarenin məlum hesabat məruzəsinin birbaşa davamı deməkdir. BOK Maklarenin məruzəsindən kənara çıxaraq Vankuver-2010, London-2012 və Soçi-2014 Olimpiya Oyunlarında iştirak etmiş rusiyalı idmançıların analizlərini yenidən yoxlayacaq”, - deyə Tomas Bax bildirib.