Medalların hazırlanmasında mobil telefonlardan istifadə olunacaq

Medalların hazırlanmasında mobil telefonlardan istifadə olunacaq



Tokio-2020 Yay Olimpiadasının medallarının hazırlanmasında mobil telefonların hissələrindən istifadə olunacaq. 
"Olimpnews.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, qızıl medalların istehsalı zamanı istifadəyə yararsız və təkrar emala göndərilən mobil telefonlardakı qızıldan istifadə olunacaq. 

Həmişə maraqlı layihələri diqqət çəkən yaponlar bununla indidən qarşıdakı Olimpiya Oyunlarından gəlir götürməyi planlaşdırırlar.
Tokio Hakimiyyət orqanları indiyədək olimpiadadan 4,4 milyard dollar gəlir götürməyi düşünürdülər. Lakin Tokio şəhərinin meri Yuriko Koike son vaxtlar inamla bildirir ki, bu məbləği 5,7 milyarda qədər artırmaq mümkündür.