Polşa və Çexiya olimpiadaya birgə ev sahibliyi etmək istəyirlər

Polşa və Çexiya olimpiadaya birgə ev sahibliyi etmək istəyirlər



Polşa və Çexiya 2030-cu ildə keçiriləcək qış Olimpiya Oyunlarına birgə ev sahibliyi etmək üçün müraciət etməyi planlaşdırır. Bu barədə "Sport Buziness” nəşri məlumat yayıb.

"Olimpnews.az"ın məlumatına görə təşkilatçılar yarışların Çexiyanın 6, Polşanın 4 şəhərində təşkil etməyi düşünürlər. Olimpiadanın açılış mərasiminin Brotislavda (Polşa), bağlanış mərasiminin isə Praqada (Çexiya) keçirilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, nə Polşa, nə də Çexiya əvvəllər olimpiadaya ev sahibliyi etməyib. Çexiyanın Zakopane şəhəri Olimpiada-2006, Polşanın Bratislav şəhəri Olimpiaada-2022 uğrunda mübarizə aparsalar da, kənarda qalıblar.

Soçi-2014-dən sonra növbəti, XXXIII Qış Olimpiya Oyunları 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək. Olimpiada-2022-yə isə Çinin Pekin şəhəri ev sahibliyi edəcək. Olimpiada-2026-nın təşkil olunacağı şəhəri nadı 2019-cu ildə açıqlanacaq.