Qərar qüvvədə saxlanıldı

Qərar qüvvədə saxlanıldı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Küveyt Milli Olimpiya Komitəsi ilə bağlı verilmiş diskvalifikasiya qərarını qüvvədə saxlayıb.

Olimpnews.az saytının məlumatına görə, Küveyt hökumətinin müraciətinə, dəymiş ziyanın ödənilməsi üçün bir milyard dollar təklif etməsinə baxmayaraq, BOK qərarını dəyişməyib. Xatırladaq ki, Küveyt hökumətinin bu ölkənin idman həyatına müdaxilə etməsi Küveyt Mill Olimpiya Komitəsinin 2015-ci ilin oktyabrında diskvalifikasiya edilməsi ilə nəticələnib. Rio Olimpiadasında Küveyt idmançıları Olimpiya bayrağı altında mübarizə aparıblar.