“Rusiya dopinq qaydalarını kobud şəkildə pozub”

“Rusiya dopinq qaydalarını kobud şəkildə pozub”
Böyük Britaniya Antidopinq Agentliyinin rəhbəri Devid Kenvorti hesab edir ki, Rusiya idmançılarını 2018-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarından uzaqlaşdırmaq lazımdır. Onun fikrincə, Rusiya dopinq qaydalarını kobud şəkildə pozub. Bu isə bütün dünyada idmanın ümumi imicinə ciddi zərbə vurub. "Mən hesab edirəm ki, rusiyalı idmançıların Olimpiya Oyunlarında iştirakına qadağa qoyulmalıdır. Hətta onları Rio Olimpiadasına da buraxmaq lazım deyildi. Beynəlxalq Paralimpiya Komitəsi rusiyalı idmançıları Rio Paralimpiya Oyunlarından uzaqlaşdırmaqla düzgün addım atdı”, - deyə Devid Kenvorti bildirib.

Qeyd edək ki, son vaxtlar dünya mətbuatında Rusiya hökumətinin dopinq məsələsində birbaşa əlaqəsinin olduğu barədə məlumatlar yayılıb. Beynəlxalq Olimpiya Komitəsi bu işi araşdırmaq üçün xüsusi komissiya yaradıb.