Rusiya dopinq məngənəsində

Rusiya dopinq məngənəsində



Şimal qonşumuz iki olimpiadadan kənarda qalacaq

Almaniya Olimpiya Komitəsinin rəhbəri Alfons Hermann Rusiya yığmasının bütövlükdə Pxençxan-2018 və Tokio-2020 Olimpiadasına buraxılmaması ehtimalını istisna etməyib. 

Onun sözlərinə görə, bu ehtimal dövlətin dopinq qalmaqalında əlinin olması barədə faktlar aşkar edildiyi halda keçərlidir.

"Dopinqlə əlaqədar verilən sanksiyaları dəstəkləyirik. Əgər dopinq qalamaqalında Rusiya dövləti ilə bağlı şübhələr özünü doğrultsa, bu zaman o Beynəlxalq Olimpiya Komitəsinin nizamnaməsini pozmuş olur və mexaniki olaraq dalbadal iki olimpiadadan – Pxençxan-2008 və Tokio-2020-dən uzaqlaşdırılacaq”, - deyə Alfons Hermann bildirib.