Stokholm Olimpiada-2026-ya ev sahibliyi etmək istəyir

Stokholm Olimpiada-2026-ya ev sahibliyi etmək istəyir



İsveçin Stokholm şəhəri 2026-cı ildə keçiriləcək qış Olimpiya və paralimpiya oyunlarına ev sahibliyi etmək niyyətindədir. Namizədliklə bağlı dəlil və tövsiyələr Stokholm şəhərinin xüsusi komissiyasının məruzəsində öz əksini tapıb.
Ekspertlər Olimpiada-2026-nın Stokholm şəhərində yeni iş yerlərinin açılmasına və regionda iqtisadi inkişafa təkan verəcəyini düşünürlər.
İsveç Olimpiya Komitəsi (İOK) ev sahibliyi üçün namizədlik ərizəsini 2018-ci ilin mart ayında təqdim etməyi planlaşdırırlar. Beynəlxalq Olimpiya Komitəsi ev sahibinin adını 2019-cu ildə açıqlayacaq.