İddia ərizəsi qaldırılıb

İddia ərizəsi qaldırılıb



Olimpiada-2020-nin Ərizə Komitəsində fəaliyyət göstərən bəzi rəsmi şəxslərə qarşı iddia qaldırılıb. 

"Olimpnews.az" xəbər verir ki, həmin şəxslər Tokio şəhərinin XXXII Yay Olimpiya Oyunlarına ev sahibi seçilməsi məsələsində rüşvətxorluqda ittiham edilirlər. Bu barədə iddia ərizəsi ilə Beynəlxalq Yüngül Atletika Federasiyasının (İAAF) keçmiş rəhbərliyinin işini araşdıran Fransa hüquq-mühafizə orqanları müraciət ediblər.

Tədqiqat işində məlum olub ki, Tokionun ev sahibliyi kampaniyasında 1,8 milyon ABŞ dolları həcmində əməliyyat hadisəsi həyata keçirilib ki, bunun səbəbkarı İAAF-ın keçmiş prezidentinin oğludur.
Məlumat üçün bildirək ki, Tokio Olimpiada-2020-yə ev sahibliyi uğrunda mübarizədə İstambul və Madrid şəhərlərini geridə qoyub.