Keniya Ali Məhkəməsi Keniya Milli Olimpiya Komitəsinin (MOK) buraxılması barədə qərarı ləğv edib.
2016-cı ilin yayında məlum olub ki, Keniya MOK-nin sədr müavini Pius Oçienq, baş katib Frensis Pol və ölkənin Rio-2016 Olimpiya komandasının rəhbəri Arap Soi dələduzluqda və vəzifələrindən sui-istifadə etməkdə təqsirli bilinirlər. Bundan sonra ölkənin idman naziri Hassan Vario olimpiada vaxtı yarıtmaz fəaliyyətinə MOK-un buraxılması barədə əmr verib.
"Keniya İdman Nazrliyi məhkəmənin qərarını yerinə yetirəcək. Çünki Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nizamnaməsinə əsasən dövlət MOK-un fəaliyyətinə qarışa bilməz”, -deyə nazirliyin nümayəndəsi Riçard Abura jurnalistlərə müsahibəsində bildirib.
BOK-un qaydalarına uyğun oolaraq Keniya MOK-si yeni rəhbərliyi mart ayına qədər seçməlidir.