Pxençxan-2018–in məşəli təqdim olunub

Pxençxan-2018–in məşəli təqdim olunub



2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının məşəli ictimaiyyətə təqdim olunub.
Təqdimat mərasimi olimpiadaya bir il qalmış həyata keçirilib.
Məşəl ölkənin ağ farforu rəngində işlənilib. Bəyaz məşəlin uzunluğu 700 millimetrdir. Bu da Pxençxanın dəniz səviyyəsindən 700 metr hündürlükdə olmasını xarakterizə edir. Dizaynı koreyalı rəssam Kim Yon Se verib, istehsalı isə 1988-ci il Seul Olimpiadasının məşəli üzərində işləmiş şirkət həyata keçirib.
Qeyd edək ki, "Pxençxan-2018” Qış Olimpiya Oyunları gələn il fevralın 9-25-də təşkil olunacaq.