Ərzurumda Qış Olimpiya Festivalının açılış mərasimi keçirilib

Ərzurumda Qış Olimpiya Festivalının açılış mərasimi keçirilib

Türkiyənin Ərzurum şəhərində Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının (EYOF) təntənəli açılış mərasimi keçirilib.

Olimpnews.az saytının məlumatına görə, Avropanın 34 ölkəsindən 675 idmançının iştirak etdiyi mərasim rəngarəng və maraqlı görüntülərlə yadda qalıb. Qeyd edək ki, Avropa Olimpiya Komitəsi tərəfindən təşkil olunan festivala Türkiyə ilk dəfədir ki, ev sahibliyi edir. Bir müddət bundan əvvəl qardaş ölkədə baş verən terror hadisələri ilə əlaqədar olaraq təşkilatçılar arasında fikir ayrılığı yaranmışdı. Nəhayət, Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsi yanvarın 26-da keçirdiyi toplantısında Avropa Yeniyetmələrinin Olimpiya Festivalının Türkiyənin Ərzurum şəhərində keçirilməsi barədə yekun qərar verib.

Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalına fevralın 17-də yekun vurulacaq.