“Mənim üçün çox ağır il oldu”

“Mənim üçün çox ağır il oldu”

Dopinq analizləri yoxlanılarkən qanında qadağan olunmuş meldoniya maddəsi tapılan rusiyalı məşhur tennisçi Mariya Şarapova 2016-cı ili necə başa vurması ilə bağlı danışıb.

Olimpnews.az saytının məlumatına görə, Olimpiya çempionu ötən il yalnız dincəldiyini, yarışlar barədə düşünmədiyini deyib. "Düzdür, ötən il xeyli dincəldim, valideynlərimlə, dostlarımla bir yerdə oldum. Amma mənim üçün çox ağır il oldu. Diskvalifikasiyaya görə "Böyük dəbilqə” turnirini və digər yarışları buraxmaq məcburiyyətində qaldım. Lakin məni ən çox kədərləndirən Rio Olimpiadasından kənarda qalmağım oldu. XXXI Yay Olimpiya Oyunlarında iştirak etməyi çox arzulayırdım” deyə,- tennisçi bildirib.

Xatırladaq ki, Mariya Şarapovadan ötən il yanvarın 26-da analiz götürülüb və qanında qadağan olunmuş maddə tapılıb. O, Beynəlxalq Tennis Federasiyası tərəfindən iki il müddətinə diskvalifikasiya olunub.