Macarıstan Olimpiada-2024-ə namizədlikdən imtina edib

Macarıstan Olimpiada-2024-ə namizədlikdən imtina edib



Budapeşt 2024-cü ildə keçiriləcək yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparmaqdan imtina edib. 

"İnterfaks” Agentliyini yaydığı məlumata görə, bu qərar Macarıstanın baş naziri Viktor Orban, Budapeşt şəhərinin meri İştvan Tarloşa və Macarıstan Olimpiya Komitəsinin prezidenti Jolt Borkainin birgə keçirdikləri görüşün nəticəsinə əsasən verilib.

Budapeşt şəhəri imtina etdikdən sonra Olimpiada-2024 uğrunda mübarizə Paris və Los-Anceles arasında gedəcək.