WADA-nın neytral prezidenti olacaq

WADA-nın neytral prezidenti olacaq



Beynəlxalq Olimpiya Komitəsi (BOK) Ümumdünya Antidopinq Agentliyinə (WADA) öz müstəqil prezidentini təyin etməyi məsləhət görüb.

"Olimpnews.az" eurosport portalına istinadən xəbər verir ki, BOK-un mətbuat katibi Mark Adams WADA-nın idmançıların testdən keçirilməsi prosesini milli Olimpiya komitələrindən asılı olmadan aparmaq niyyətində olduğunu bildirib. O deyib: "Biz tamamilə razıyıq ki, idmançıların dopinq testindən keçirilməsi və bununla bağlı verilən sanksiyalar idman təşkilatlarından və milli maraqlardan asılı olmamalıdır. Belə bir təkliflə BOK hələ 2015-ci ildə çıxış edib. Ümid edirik ki, ABŞ və digər ölkələr bizim bu təklifimizi dəstəkləyəcəklər. Milli səviyyədə qəbul edilmiş qərarlar yolverilməzdir. Dopinq yoxlamaları şəffaf olmalıdır”.

BOK-un mətbuat xidmətinin bildirib ki, BOK WADA-ya öz müstəqil və neytral prezidentini təyin etmək hüququ verib.