İkiqat Olimpiya çempionu məktəb açıb

İkiqat Olimpiya çempionu məktəb açıb

Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenko Moskvada özünün idman məktəbini açıb. Olimpnews.az saytının məlumatına görə, rusiyalı idmançı bu məktəbdə məşqçi kimi fəaliyyət göstərəcək. Plyuşenko 2018-ci ildə keçiriləcək qış Olimpiya Oyunlarında iştirak edəcəyini deyib. "Düzdür, Pxençxana gedəcəyəm. Amma, etiraf edim ki, məşqçi və ya idmançı kimi gedəcəyimi hələlik dəqiq deyə bilmərəm. Daha çox uşaqlarla işləmək, onlara fiqurlu konkisürmə idman növünün incəliklərini öyrətmək istərdim”, - deyə Olimpiya çempionu bildirib.

Pxençxan-2018 Yevgeni Plyuşenkonun iştirak edəcəyi 5-ci Olimpiya Oyunları olacaq. Rusiyalı idmançı Turin-2006 və Soçi-2014 Olimpiadasında qızıl medala layiq görülüb. O həm də Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı, 3 qat dünya, 7 qat Avropa çempionudur.