Yaponlar narazıdırlar

Yaponlar narazıdırlar
Yaponiyanın ən iri tirajlı qəzeti olan "Jomuri” qəzeti ölkə vətəndaşları arasında sorğu keçirib. 

Olimpnews.az saytının məlumatına görə, məlum olub ki, respondentlərin 82 faizi Tokio-2020 Yay Olimpiya Oyunlarında hazırlıqdan narazıdırlar. Ölkə əhalisnin fikrincə, hazırlıq işlərini qənaətbəxş hesab etmək olmaz. Yaponların əsas narazılığı olimpiadaya sərf olunacaq xərclərin azaldılması ilə bağlı aparılan danışıqların yubadılmasıdır.

Maraqlıdır ki, "Jomuri” qəzeti 2016-cı ilin fevral ayında da sorğu keçirmişdi. Həmin vaxt ölkə əhalisinin 80 faizi hazırlıqdan narazılığını ifadə etmişdi.