Dördqat Olimpiya çempionu Olqa Korbutun medalları auksionda satılıb.
"Olimpnews.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur rus gimnastının medallarının dəyəri 230 min dollar dəyərində qiymətləndirilib.
1991-ci ildən ABŞ-da yaşayan Olqa Korbutun Münhün-1972 Olimpiadasında qazandığı qızıl medaldan biri (komanda yarışları) 66 min dollara, digəri (sərbəst hərəkətlərdə) 52,8 min dollara satılıb. Həmin olimpiadada əldə olunan gümüş medalı isə 24,6 min dollara alıblar.
Monreal-1976 Olimpiadasının qızıl medalına 57,6 min, gümüş medala isə 24,6 min dollar verilib.
Auksionda həm də gimnastın 1973-cü ildə Londondakı yarışda iştirak etdiyi idman paltarı 3 min dollara satılıb.