Tomas Bax Pxençxana səfər edəcək

Tomas Bax Pxençxana səfər edəcək



Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Koordinasiya Komissiyası Cənubi Koreyanın Pxençxan şəhərinə səfər edib. 

Məlumat üçün bildirək ki, Pxençxan 2018-ci ildə növbəti qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək.

Qunilla Lindberqin sədrlik etdiyi komissiya martın 13-dən 15-ə kimi yarışların keçiriləcəyi idman arenaları ilə tanış olmaqla bərabər, bir sıra görüşlərdə də iştirak edəcək. Martın 16-17-də isə burada BOK İcraiyyə Komitəsinin iclaçı keçiriləcək. Tədbirdə beynəlxalq qurumun prezidenti Tomas Bax da iştirak edəcək. Onun Olimpiya kəndinə baş çəkəcəyi gözlənilir.