Hacı Əliyev yeniyetmə idmançılarla görüşüb

Hacı Əliyev yeniyetmə idmançılarla görüşüb



IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri, Rio-2016 Olimpiadasının bürünc medalçısı və ikiqat dünya çempionu Hacı Əliyev yeniyetmə idmançılara master-klass dərsləri keçib. 
Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının "Domestic Grassroots” proqramı çərçivəsində təşkil edilən görüş Olimpiya Güləş Mərkəzində baş tutub.

Azərbaycan Güləş Federasiyasından "Olimpnews.az”-a daxil olan məlumata görə master-klaslar "Domestic Grassroots” proqramının əsas layihələrindən biridir. Master-klaslar idmançı səfirlərimizin yeniyetmə və gənc idmançıları həvəsləndirmək, onlara idman karyeralarında dəstək vermək məqsədi daşıyır.

Master-klas zamanı gənc idmançılar və idmanla maraqlanan yeniyetmələr və həvəskarlar idmançı səfirin praktik məsləhətlərindən yararlanıblar.