Analizlərin təkrar yoxlanılmasına 2,8 milyon dollar xərclənib

Analizlərin təkrar yoxlanılmasına 2,8 milyon dollar xərclənib

Beynəlxalq Olimpiya Komitəsi (BOK) idmançılardan götürülən dopinq analizlərinin təkrar yoxlanılmasını sürətləndirmək üçün 2,8 milyon dollar xərcləməli olub.

Olimpnews.az saytının məlumatına görə, bu vəsait Pekin-2008, London-2012 Yay Olimpiya Oyunlarında, həmçinin Vankuver-2010 və Soçi-2014 Qış Olimpiya Oyunlarında iştirak edən idmançıların analizlərinin yoxlanılmasına sərf edilib. BOK həmin vəsaiti WADA-nın müstəqil komissiyasının araşdırmalara başlamasından əvvəl xərcləyib.

Qeyd edək ki, müstəqil komissiya Riçard Maklarenin rəhbərliyi altında araşdırma aparırdı. Komissiya üzvləri yanvar ayında öz araşdırmalarının ikinci hissəsini beynəlxalq Olimpiya Komitəsinə təqdim ediblər. Bu araşdırmalarda göstərilir ki, Rusiya idmançıları Soçi-2014 Qış Olimpiya Oyunlarında 4 qızıl medalı dopinqin köməyi ilə qazanıblar. Lakin BOK bu iddia ilə razılaşmayıb.