“Rusiya idmançıları bu yarışdan kənarlaşdırılmalıdırlar”

“Rusiya idmançıları bu yarışdan kənarlaşdırılmalıdırlar”

Beynəlxalq Antidopinq Agentliyinin (WADA) prezidenti Kreyq Ridi Rusiya idmançılarının 2018-ci ildə Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarına buraxılmasını istəmir.

Olimpnews.az saytının məlumatına görə, o, Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək bu məsələnin tez bir zamanda həll olunmasını təklif edib. Kreyq Ridinin fikrincə, Rusiya hökuməti Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasına (İAAF) üzvlüyünü bərpa etmək üçün əlindən gələni əsirgəməyəcək.

"Rusiya İAAF-ın üzvlüyünə bərpa olunmaqla bu il Londonda keçiriləcək yüngül atletika üzrə dünya çempionatında iştirak etməyə çalışır. Mən hesab edirəm ki, Rusiya idmançıları bu yarışdan da kənarlaşdırılmalıdırlar”, - deyə WADA prezidenti bildirib.