WADA-ya vəsait ayrılıb

WADA-ya vəsait ayrılıb

Beynəlxalq Antidopinq Agentliyi (WADA) Səudiyyə Ərəbistanından əlavə olaraq 100 min dollar vəsait qəbul edib.

Olimpnews.az saytının məlumatına görə, bu məbləğdən idmanda dopinq probleminə qarşı mübarizədə istifadə olunur. "WADA Səudiyyə Ərəbistanı ölkəsinin bu təşəbbüsünü alqışlayır. Beynəlxalq qurum ayrılan vəsaitin cari bir il ərzində mövcud dopinq problemlərinin həllinə sərf edəcək. Buyaxınlarda keçirilən antidopoinq simpoziumunda Səudiyyə Ərəbistanının nümayəndələri WADA-nın uğurlu fəaliyyətini təmin etmək və antidopinq hərəkatının inkişafına maliyyə dəstəyi göstərməyi təklif elədilər. Nəticədə onlar WADA-nın büdcəsinə 100 min dollar köçürdülər”, - deyə beynəlxalq qurumun prezidenti Kreyq Ridi bildirib.

Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanı 2014-2016-cı illər ərzində WADA-nın büdcəsinə antidoponq tədqiqatların aparılması üçün 500 min dollar köçürüb.