Macarıstanın paytaxtı Budapeşt Olimpiada-2024-ə ev sahibliyi uğrunda mübarizəyə yenidən qoşulmaq niyyətindədir. Olimpnews.az saytının məlumatına görə, bu barədə "İnsidethegames” portalı xəbər yayıb.
Nəşrin yazdığına görə, Budapeşt-2024 Təşkilat Komitəsinin nümayəndələri "SportAkkord”un Orxus şəhərində keçirilən konvensiyasında iştirak ediblər və onların mübarizəyə yenidən qayıdacaqları mümkündür.
Qeyd edək ki, Budapeşt şəhəri Olimpiada-2024 uğrunda seçim mərhələlərindən uğurla keçib. Lakin bu ilin fevral ayında şəhər sakinlərinin etirazına görə mübarizədən geri çəkilib. Hazırda 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarına ev sahibliyi uğrunda Paris və Los-Anceles şəhərləri mübarizə aparır.