İdman yerişi proqramdan çıxarılmayacaq

İdman yerişi proqramdan çıxarılmayacaq
50 km məsafə üzrə idman yerişi Olimpiya Oyunlarının proqramından çıxarılmayacaq. Olimpnews.az saytının məlumatına görə, bununla bağlı qərarBeynəlxalq Yüngül Atletika Federasiyaları (İAAF) tərəfindən qəbul edilib.

Bir müddət əvvəl dünya mediası bu növün Tokio-2020 Olimpiya Oyunlarının proqramından çıxarılacağını yazmışdı. Lakin İAAF verdiyi bu qərarla məsələyə aydınlıq gətirib. Beynəlxalq qurumun bu qərarı idman yerişi ilə məşğul olan atletlərin sevincinə səbəb olub.

Məlumat üçün bildirək ki, 60 atlet bu növün olimpiadanın proqramından çıxarılmasına etiraz əlaməti olaraq müraciət ünvanlamışdı.