Məşəli 7,5 min nəfər daşıyacaq

Məşəli 7,5 min nəfər daşıyacaq

2018-ci ildə Cənubi Koreyada keçiriləcək XXIII Qış Olimpiya Oyunlarının məşəli gələn il oktyabrın 24-də Yunanıstanın Olimp dağında alovlandırılacaq.

Olimpnews.az saytının məlumatına görə, ölkə ərazisində isə məşəl estafetinə noyabrın 1-də start veriləcək. Estafet Cənubi Koreyanın 17 şəhərindən və əyalətindən keçəcək.

Ümumi uzunluğu 2018 km məsafəni əhatə edəcək estafet zamanı məşəli 7,5 min nəfər daşıyacaq. Olimpiya stadionunda məşəlin kimin alovlandıracağı hələlik məlum deyil. Bəzi mənbələr bu şərəfli işin fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Kim Yu Haya həvalə olunacağı iddiasındadır.