“AvtoMotor and Sport” gizlin danışıqlardan yazıb

“AvtoMotor and Sport” gizlin danışıqlardan yazıb



Almaniyanın "AvtoMotor and Sport” qəzeti "Formula-1” yarışları ilə bağlı maraqlı araşdırma aparıb. Qəzetin araşdırmalarına görə, "şahzadə” yürüşlərində çıxış edən pilotlara, 2012-ci ilə nisbətən, bu il ciddi cəza verilmir. "Buna səbəb nədir? Bu ilin ilk üç ayında keçirilən 4 yürüşdə pilotlar qalmaqal yaratmayıblar? Bu sualların bir cavabı var: styuardlarla ("Formula-1” yarışlarını idarə edən hakimlər) razılıq əldə olunub. Araşdırmışıq ki, 2012-ci il mövsümündən sonra styuarlarla gizli görüş keçirilib. Həmin görüşdə Sebastyan Fettel və bir neçə pilot, o cümlədən FİA prezidenti Jan Tod iştirak ediblər. Jan Tod və pilotlar styuardlardan xahiş ediblər ki, yarış zamanı baş verən qalmaqallara görə pilotlara cidd cəza verilməsidir. Düzdür, güclü sövdələşmələrin iştirakçıları hesab edirlər ki, ciddi cəza alan pilotlar növbəti yarışlarda riskli hərəkət etmir, əsil mübarizədən kənarda qalırlar. Bu isə turnirin gözəlliyinə xələl gətirir. "AvtoMotor and Sport” qəzeti olaraq, biz də yarışların maraqlı keçməsini istəyirik. Bununla belə, hesab edirik ki, gizli görüşün təşkil edilməsi qanunlara ziddir və bu məsələyən aydınlıq gətirilməlidir, -deyə qəzetin əməkdaşı Mixael Şmidt bildirib.