Tomas Bax: “İstəyirəm ki, bu mübarizədə heç bir ölkə uduzmasın”

Tomas Bax: “İstəyirəm ki, bu mübarizədə heç bir ölkə uduzmasın”
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax hesab edir ki, 2024 və 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının ev sahibinin seçimi zamanı heç bir tərəf uduzmamalıdır.

Olimpnews.az saytının məlumatına görə, o bildirib ki, bu məsələ ilə bağlı yaradılan İşçi Qrupu namizəd ölkələrin bütün imkanlarını diqqətlə araşdırmaldır. "Olimpiya Oyunlarının ev sahibinin seçim prosesi həmişə məni narahat edir. İstəyirəm ki, bu mübarizədə heç bir ölkə uduzmasın. Yalnız qaliblər olsun. 2024 və 2028-ci illərdə keçirilməsi planlaşdırılan Olimpiya Oyunlarının ev sahibinin imkanlarını araşdırırıq. Yaratdığımız İşçi Qrupu öz məsuliyyətini hiss edir. Çalışacağıq ki, bütün imkanlar dəqiq araşdırıldıqdan sonra son qərarı verək”, - deyə Tomas Bax bildirib.

Qeyd edək ki, bu Olimpiya Oyunlarına namizədlər sırasında cəmi 2 şəhər yer alıb: Los-Anceles (ABŞ) və Paris (Fransa).