Putin BOK-un fəxri üzvü ilə hokkey oynayıb

Putin BOK-un fəxri üzvü ilə hokkey oynayıb



Rusiya prezidenti Vladimir Putin Soçidə yerləşən "Şayba" Olimpiya stadionunda hokkey məşqində olub. 

"Olimpnews.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, məşqdə onun dəvəti ilə Beynəlxalq Olimpiya Komitəsinin fəxri üzvü Jan-Klod Killi də iştirak edib.

Stadionda, həmçinin "İstedad və uğur" Fondunun rəhbəri Yelena Şmelyeva da olub. Fasilələr zamanı prezident onunla bu olimpiya irsinin, eləcə də digər idman obyektlərinin gələcək aqibətini müzakirə edib.