15 Olimpiya çempionu “dopinqə” ilişdi

15 Olimpiya çempionu “dopinqə” ilişdi



Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 və London-2012 Olimpiya Oyunlarında idmançılardan götürülən dopinq analizlərinin yenidən yoxlanılmasını başa çatdırıb. Nəticədə, 63 analizin sahibinin dopinqdən istifadə etdiyi məlum olub. Bu analizlərdən 15-i Olimpiya çempionuna məxsusdur. Analiz nümunələri müxtəlif ölkələrin idmançılarından götürülüb.

Maraqlıdır ki, BOK-un Kommunikasiya komissiyasının üzvü Alen Zyunçenfixter dopinq qəbul edən idmançıların daha çox olduğunu bildirmişdi. Onun sözlərinə görə, Pekin və Londonda medal qazanan 182 idmançının dopinq analizi müsbət nəticələnib. Bu iki olimpiadada dopinqə ilişənlərdən 103 nəfəri yüngül atletika, 50 nəfəri isə atletika yarışlarında medal qazanıb.
Yunan-Roma güləşçilərimiz Batumidə yarışacaqlar
Mayın 13-14-də Gürcüstan Respublikasının Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.