Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilir.
"Olimpnews.az” xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində sərbəst güləş yarışlarına yekun vurulub. Pəhləvanlarımız Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışlarda ümumilikdə 7 medal qazanıblar.
Sərbəst güləşçilərimiz ilk gündə 3 (2 qızıl, 1 gümüş) medala sahib olublar. Qızıl medalları komandamıza İlk gündə Mahir Əmiraslanov (57 kq) və Nurmaqomed Hacıyev (97 kq) Maqomed Müslimov (65 kq) qazandırıblar.
Pəhləvanlarımız ikinci gündə daha 4 medala (2 qızıl, 1 gümüş və 1 bürünc) yiyələniblər. Hacı Əliyev (61 kq) və Cəmaləddin Maqomedov (125 kq) fəxri kütrsünün ən yüksək pilləsində yer alıblar. Murtazali Müslimov 70 ( kq) gümüş, Şərif Şərifov (86 kq) isə bürünc medal qazanıb.
Beləliklə, sərbəst güləşçilərimim IV İslam Həmrəyliyi Oyunlarını 7 (4 qızıl, 2 gümüş və 1 bürünc) medalla başa vurublar.
Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçilərimiz 8 - 4 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıblar.