Bağlanış mərasimində milli komandamızın bayrağını Elxan Məmmədov aparacaq

Bağlanış mərasimində milli komandamızın bayrağını Elxan Məmmədov aparacaq



Ölkəmizdə IV İslam Oyunları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı bu Oyunlarda 325 idmançımız təmsil edir.

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan milli komandasının bayraqdarı cüdoçu Elxan Məmmədov olacaq.
Dünya və Avropa çempionu Elxan Məmmədov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında ölkəmizin aktivinə 20-ci qızıl medalı yazdırıb. O, həmçinin bu yarışda kişilər arasında cüdo üzrə komanda yarışında Azərbaycan millisinin heyətində İslamiadanın çempionu olub.

Xatırladaq ki, İslamiadanın açılış mərasimində yığma komandasının bayraqdarı karate üzrə beşqat dünya, onqat Avropa, IV İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu Rəfael Ağayev olub.