Qadın tennisçilərimiz İslamiadanı 2-ci yerdə başa vurdular

Qadın tennisçilərimiz İslamiadanı 2-ci yerdə başa vurdular


Bu gün ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarına yekun vurulacaq.

"Olimpnews.az"ın məlumatına görə bu gün qadınlar arasında stolüstü tennis üzrə komanda yarışlarının final mərhələsi keçirilib.
İslamiadanın qızıl medalı uğrunda mübarizədə Azərbaycan və İran komandaları qarşılaşıblar. Gərgin keçən qarşılaşmada İran millisi 3:1 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub. Azərbaycan tennisçiləri gümüş medalla kifayətlənməli olublar.
Yarışda üçüncü yer uğrunda görüş işə mayın 21-də baş tutub. Türkiyə idmançıları Pakistan təmsilçilərinə qalib gəliblər – 3:0.