Qalib şəhər hansı olacaq: Paris, yoxsa Los-Anceles?

Qalib şəhər hansı olacaq: Paris, yoxsa Los-Anceles?



Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi iyunun 9-da keçirilən iclasında Olimpiada-2024 və Olimpiada-2028 turnirinin ev sahibinin eyni vaxtda seçilməsi məsələsini müzakirə edəcək.

Xatırladaq ki, Olimpiada-2024 uğrunda Paris və Los-Anceles şəhərləri mübarizə aparırlar. BOK çalışır ki, seçkilərdə qalib gələn şəhər 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarının, məğlub şəhər isə 2028-ci ildə təşkil ediləcək olimpiadanı qəbul etsin. Hər iki ölkənin təşkilat komitəsi bu qaydaya etiraz edir. Olimpiada-2024-ün ev sahibinin adı bu ilin sentyabrında açıqlanacaq.

"Olimpnews.az" xarici mətbuata istinadən xəbər verir ki, BOK artıq Paris və Los-Anceles şəhərlərinin təşkilat komitələri ilə razılaşma əldə edib və Olimiada-2024 turnirinin təşkili Fransanın Paris şəhərinə həvalə ediləcək. Loc-Anceles isə 2028-ci ildə keçiriləcəck Olimpiya Oyunlarını qəbul edəcək.