Tokio-2020-nin proqramına yeni yarışlar daxil edilib

Tokio-2020-nin proqramına yeni yarışlar daxil edilib
 


Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci ildə Tokio şəhərində keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının proqramına 15 növün daxil edilməsi barədə qərar qəbul edib. 

"Olimpnews.az" bildirir ki, bu barədə qurumun rəsmi saytında xəbər verilir.

Beləliklə, Tokio-2020 Olimpiadasının proqramında yüngül atletikanın 4x400 məsafəyə qarışıq estafet, cüdo və kamandan oxatma üzrə komanda, basketbol 3x3, stolüstü tennis və triatlon üzrə qarışıq, qılıncoynatma üzrə kişilər və qadınlar arasında komanda yarışları, üzgüçülük üzrə 4x400 məsafəyə qarışıq, kişilər arasında 800 m, qadınlar arasında 1500 m məsafəyə yarışlar, eləcə də velosiped idmanı üzrə kişilər və qadınlar arasında BMX (fristayl) və medison yarışları daxil edilib.

Adıçəkilən idman növlərinin proqrama daxil edilməsi barədə həlledici qərar BOK İcraiyyə Komitəsinin iyunun 9-da Lizannada keçirilən iclasına qədub edilib.

Proqrama əlavə idman növləronin daxil edilməsinə baxmayaraq, Tokio-2020-də iştirak edəcək idmançıların sayı Rio-2016 Olimpiadasında olduğundan az olacaq. Belə ki, yüngül atletikada yerlərin sayı 105-ə, sərbəst güləşdə 56-ya, yelkən idmanı və atıcılıqda isə 30-a endirilib.

Tokio-2020 Olimpiadası iyulun 24-dən avqustun 9-a kimi Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.
.