Amerika Birləşmiş Ştatlarının "Getty İmages” foto agentliyi tərəfindən 11 ən yaxşı idman fotosu təqdim edilib.
Olimpnews.az saytının məlumatına görə, bu fotolardan biri ispaniyalı fotoqraf Devid Ramosun I Avropa Oyunları zamanı Bakıda lentə aldığı şəkildir. Həmin şəkildə britaniyalı üzgüçü Rebeka Şervin yarış zamanı təsvir olunub.
Məlumat üçün bildirək ki, "Getty İmages” foto agentliyi 1995-ci ildən fəaliyyət göstərir və dünyada ən böyük foto arxivinə malik agentliklərdəndir.