Keniyalı atletlər ciddi şəkildə yoxlanılacaq

Keniyalı atletlər ciddi şəkildə yoxlanılacaq
Keniyalı yüngül atletlər avqustun 4-13-də Londonda keçiriləcək dünya çempionatına hazırlaşırlar.

Olimpnews.az saytının məlumatına görə, çempionatda iştirak etmək üçün seçilən idmançılar çox ciddi şəkildə dopinq yoxlamasından keçəcəklər. Qaydalara əməl etməyən idmançıların heç biri çempionata buraxılmayacaq.

Xatırladaq ki, Ümumdünya Antidopinq Agentliyi 2016-cı ildə Keniyada dopinqə qarşı mübarizə aparmaq üçün xüsusi qaydalar hazırlayıb. Bu ölkədə aparılan dopinq yoxlanışları həmin qaydalar üzrə keçirilir.