Qərarı BOK verəcək

Qərarı BOK verəcək

"Tokio-2020 Yay Olimpiya Oyunlarında üzgüçülük yarışlarının final mərhələsinin gündüz və ya axşam keçirilməsi müzakirə ediləcək. Lakin son qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) verəcək”.

Olimpnews.az saytının məlumatına görə, bu sözləri Beynəlxalq Üzgüçülük Federasiyasının (FİNA) icraçı direktoru Karnel Markulesko deyib. Onun sözlərinə görə, FİNA bu məsələdə yalnız müəyyən məsləhətlər verə bilər.

Xatırladaq ki, Pekin-2008 Yay Olimpiya Oyunlarında üzgüçülük yarışlarının finalı səhər tezdən keçirilib. Rio-2016 Olimpiadasında isə üzgüçülər medallar uğrunda gecə yarısı mübarizə aparıblar. Belə hallar bu növün azarkeşlərində narazılıq yaradıb. Məhz buna görə də Tokioda üzgüçülərin günün hansı vaxtında çıxış edəcəyi müzakirə mövzusuna çevrilib.