Həlak olan paralimpiyaçı yad ediləcək

Həlak olan paralimpiyaçı yad ediləcək

İngiltərənin paytaxtı London şəhərinin ev sahibliyi edəcəyi paralimpiya idman növləri üzrə dünya çempionatının açılış mərasimi ənənəvi xarakter daşımayacaq. Olimpnews.az saytının məlumatına görə, mərasim paralimpiyaçı Abdulla Xayayenin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayacaq.

Birləşmiş Ərəb Əmirliklərinin idmançısı Abdulla Xayaye Londonda məşq zamanı faciəli şəkildə dünyasını dəyişib. Dünya çempionatına hazırlaşan paralimpiyaçının üzərinə dəmir dirək düşüb. 36 yaşlı nizəatan xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, paralimpiyaçıların dünya çempionatı avqustun 5-dən 13-dək keçiriləcək.