Useyn Bolt karyerası ərzində ilk dəfə birinciliyi əldən verib

Useyn Bolt karyerası ərzində ilk dəfə birinciliyi əldən verib




Məşhur atlet Useyn Bolt karyerası ərzində ilk dəfə 100 metr məsəfəyə yarışlarda birinciliyi əldən verib.

 "Olimpnews.az"ın məlumatına görə, yamaykalı idmançı atletika üzrə Londonda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

100 metr məsafəyə təşkil edilən yarışların qalibi adına ABŞ idmançısı Castin Qatlin layiq görülüb. Ikinci yerin sahibi də digər ABŞ təmsilçisi Kristian Koulmen olub.

Bu, Useyn Boltun iştirak etdiyi son yarış olub. Dünya şöhrətli atlet dünya çempionatında 200 metr məssfəyə yarışlarda çıxış etməkdən imtina edib. Beləliklə, məşhur idmançı karyerasına son qoyub.
Yamaykalı atlet karyerası ərzində 8 dəfə Olimpiya Oyunlarının qalibi olub və 7 dəfə dünya çempionu tituluna layiq görülüb. Dünya çempionatının bu qədər qızıl medalını almaq hələ heç kəsə müyəssər olmayıb. O, ilk Olimpiya qızılını Pekin-2008 Olimpiadasında əldə edib. İştirak etdiyi Olimpiya Oyunlarının hər birini qələbə ilə başa vurub, özü də qızıl medalla.