Olimpiya medalçısı vətəndaşlığını dəyişib

Olimpiya medalçısı vətəndaşlığını dəyişib



Rusiyalı idmançı, üzgüçülük üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Arkadiy Vyatçanin ABŞ vətəndaşlığını qəbul edib. 

"Olimpnews.az"ın məlumatına görə,  idmançı bundan sonrayarışlarda ABŞ yığmasını təmsil edəcək.

Arkadiy Vyatçanin Rusiya Üzgüçülük Federasiyası ilə qalmaqal yaşadıqdan sonra adıçəkilən ölkəni idman şərəfini qorumaqdan imtina edib. Serbiya dövlətinə müraciət edən idmançı buradan vətəndaşlıq alsa da, Beynəlxalq Üzgüçülük Federasiyası ona bu ölkəni təmsil etməyə icazə verməyib. 33 yaşlı idmançı bundan sonra ABŞ vətəndaşlığını qəbul etmək üçün müraciət edib. ABŞ dövləti idmançının müraciətini bir il sonra müsbət cavablandırıb.

Buyaxınlarda ABŞ Açıq çempionatında çıxış edən idmançı arxaüstə 100 metr məsafəyə yarışlarda 6 qat Olimpiya çempionu Rayana Loxteni qabaqlayaraq qızıl medala layiq görülüb.