Keçmiş dünya çempionu dopinqdə “ilişdi”

Keçmiş dünya çempionu dopinqdə “ilişdi”

MMA üzrə keçmiş dünya çempionu Junior Dus Santuş yarışlara buraxılmayacaq. Olimpnews.az saytının məlumatına görə, idmançının qanında dopinq aşkar olunub.

Onun təmsilçisi Klaudia Quedeş bildirib ki, idmançıdan götürülmüş qan analizi müsbət nəticələnib.

"Əslində Dus Santuş qadağan olunmuş maddələrdən istifadə etməyib. O, dopinqi gizlədən hidroxlorotiazid maddəsindən yararlanıb. Həmin maddə orqanizmdə olan dopinqin izlərini itirir. Biz onun B analizinin açılmasını tələb etdik. Nəticə eyni oldu. Buna görə də Junior diskvalifikasiya edildi”, - deyə Klaudia Quedeş məlumat verib.