Kiber idmanı rəqabət aparacaq

Kiber idmanı rəqabət aparacaq



Şahmat üzrə Avropa çempionu Yan Hepomnyaşiy kiber idman növünün 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil edilməsi məsələsinə münasibət bildirib. 

Şahmatçı deyib: "Kiber idmanı ilə məşğul olmaq həftədə 6-7 məşq deməkdir və bu ciddi yüklənmədir. Mən şahmatı seçmişəm, amma azarkeş kimi kiber idmanı ilə də maraqlanıram.

Yeni nəsil kişik yaşlarından kompüter və internetdən istifadəni çox gözəl bacarır. Elm və texnologiyanın inkişaf etdiyi bir dövrdə kiber idmançıların sayı təbii ki, artacaq. Bu o demək deyil ki, 10-15 ildən sonra "Real”-"Barselona” matçına baxmaq üçün stadion dolmayacaq, amma kiber idmanının Olimpiya Oyunlarında daxil edilməsi bir çox şeyləri dəyişəcək. Düşünürəm ki, idmanın aparıcı növləri kiber idmanı ilə rəqabət aparmaq gücünə malikdir və kiber idmanında aparıcı idmançıların gəlirləri dünya futbol ulduzlarının gəlirləri ilə müqayisə olunacaq”.