Fransa hökumətinin prokurorluğu Beynəlxalq Yüngül Atletika Federasiyasının (İAAF) sabiq prezidenti Lamin Diakın oğlu Papa Massat Diakı nəhəng koorupsiya qalmaqalında günahlandırır.
"Reyters” Agentliyinin verdiyi xəbərə görə, ölkənin hüquq-mühafizə orqanlarının əlində mötəbər turnirlərə ev sahibliyi seçimində İAAF və Beynəlxalq Olimpiya Komitəsi (BOK) üzvlərinin satın alınması ilə bağlı tutarlı dəlillər var.
Əvvəllər Fransa hökumətinin prokurorluğunun Rio-2016 Olimpiadası ilə bağlı araşdırma apardığı bildirilirdi. İstintaqın gedişi ilə bağlı Rio-de-Janeyro polisi bugünlərdə XXXI Yay Olimpiadası Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzmanın evində axtarış aparıb.
Mətbuatın yazdığına görə, prokurotluq 2020-ci ildə Tokioda keçiriləcək yay Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı rüşvət məsələsini də araşdırır.