Tokio-2020-nin proqramında ciddi dəyişiklik

Tokio-2020-nin proqramında ciddi dəyişiklik



Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramında ciddi dəyişikliklər edib. Belə ki, triatlon, üzgüçülük və atletika idman növlərində atletlər qarışıq estafet yarışlarında da mübarizə aparmalı oolacaqlar. 

Ən böyük dəyişiklik atletika yarışlarında sınaqdan keçiriləcək. İndiyədək atletika üzrə keçirilən dünya çempionatlarında qarışıq estafet yarışları keçirilməyib.

Uzun illərdən bəri Beynəlxalq Yüngül Atletika Federasiyası (İAAF) Olimpiya Oyunlarının proqramının genişləndirilməsi məsələsində yalnız kross yarışlarına üstünlük verirdi. Hətta İAAF bu idman növünün qış Olimpiya Oyunlarının proqramına daxil edilməsinə cəhd göstərib.